Putin Ukraynanın bu ərazilərini Rusiyaya birləşdirəcək? – “Şübhəm yoxdur...”

Rusiyaya birləşmək üçün Donetsk, Luqansk, Xerson və Zaporojyada keçirilən referendumla bağlı maraqlı iddia irəli sürülüb.
Sfera.az bildirir ki, bununla da rəsmi Moskvanın planı ortaya çıxıb. Belə ki, “Vedomosti” qəzeti referendumun davam etdiyi dörd bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsi olacağını yazıb. Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senatora və Krım administrasiyasına yaxın mənbəyə istinadla yayıb.
Rusiyalı senator Sergey Tsekov isə “RİA”ya açıqlamasında bildirib ki, yeni federal dairənin yaradılmasına şübhəsi yoxdur: “Amma adla bağlı müxtəlif seçimlər var" .
Qeyd edək ki, bu gün başa çatacaq səsvermə Qərb dövlətləri və Kiyev tərəfindən saxtakarlıq kimi qiymətləndirilib və nəticə tanınmaz elan edilib. Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji referendum keçirib və 97 faiz səslə Rusiyaya birləşmək lehinə bu torpaq ilhaq edilib. Bir çox ölkələr, o cümlədən Türkiyə hələ də Krımı Ukrayna ərazisi hesab edir.
Günay Rəsulqızı