Azərbaycan ailələrində uşaqların sayı azalır - STATİSTİKA

Cəmiyyət
13:17 / 27.09.2022
6493
2021-ci ilin məlumatına əsasən, ölkəmizdə 18 yaşadək uşaqları olan ev təsərrüfatlarının (ailələr) sayı 1,314 milyondur.
Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, ailələr əsasən ikiuşaqlı olur. İkiuşaqlı ailələrin sayı ötən il 530 minə yüksəlib.
Biruşaqlı ailələrin də sayı çoxdur. Onların sayı ötən il 396 min olub.
Üçuçaqlı ailələrin sayı 262 min, 4 və çox uşaqlı ailələrin sayı isə 126,7 mindir.
Ümumilikdə, ikiuşaqlı ailələr bütün ailələrin 40,3 faizini, biruşaqlı ailələr 30,1 faizini, üçuşaqlı ailələr 20 faizini təşkil edir.9,7 faizi isə 4 və çoxuşaqlıdır.
Vasif,
Sfera.az