Dünyanın ən gizli muzeyi - Səddamın dəri gödəkçəsi, Sovet sualtı qayığının maketi...

Dünyanın ən gizli muzeyi - Səddamın dəri gödəkçəsi, Sovet sualtı qayığının maketi...

Dünyanın ən gizli muzeyi barədə məlumatlar son günlərin əsas gündəm mövzularındandır.

 

Sfera.az bildirir ki, “BBC” də daxil olmaqla,  kiçik bir jurnalist qrupuna Mərkəzi Kəşfiyyat İdarəsinin 75 illik yubileyi münasibətilə keçirilən kolleksiyasını ziyarət etmək üçün xüsusi icazə verilib. Qeyd olunub ki, muzeydə 600-ə yaxın material arasında MKİ-nin məşhur və hətta son dövrlərdə həyata keçirdiyi əməliyyatların bəzi təfərrüatları, həmçinin Soyuq Müharibə dövründə tez-tez istifadə edilən alətlər, məsələn, kamerası gizlədilmiş siqaret qutusu, partlayan martini şüşəsi var.

Burada Üsamə bin Ladenin əsir götürüldüyü Pakistanın Abbottabad şəhərindəki kompleksin maketi də mövcuddur. Mətbuat turunu təşkil edən muzey direktoru Robert Byer deyib ki, hadisələri üç ölçüdə görmək siyasətçilərə qərarlar verməklə yanaşı, əməliyyatları planlaşdırmağa kömək edir:

 

“Muzeydəki ən yeni əşyalardan biri 1 iyul 2022-ci ildə ABŞ prezidenti Baydenə Əfqanıstanın paytaxtı Kabildə “Əl-Qaidə”nin yeni lideri Ayman əz-Zəvahirinin yerləşdiyi kompleksi vurmaq üçün təqdim edilən modeldir. Muzeyin birinci yarısı 1947-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin yaranmasından Soyuq Müharibəyə, 11 sentyabr 2001-ci il hücumlarına qədər xronoloji olaraq terrorla mübarizəyə həsr olunub. Muzeyin ikinci hissəsində isə bəzi xüsusi əməliyyatlara diqqət yetirilib”.

Muzeydə həmçinin  Sovet sualtı qayığının maketi ilə yanaşı, bu əməliyyatda istifadə edilən paltarlar, külqabılar və hətta gizlənmək üçün gəmiyə gələn MKİ direktor müavininin taxdığı parik, Səddam Hüseynin dəri gödəkçəsi də var. Məlumata görə, hələlik muzeyi əməkdaşlar və rəsmi ziyarətçilər ziyarət edə bilərlər .

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...