Azərbaycan banklarının xarici borcu ARTIR

Azərbaycan banklarının xarici borcu ARTIR

2022-ci ilin əvvəlindən Azərbaycanın kommersiya banklarının xarici öhdəlikləri artır. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonunda 1,063 milyard manat olan xarici öhdəliklərin həcmi bu ilin sentyabrın 1-də 1,685 milyard manata yüksəlib. İlin əvvəlindən xarici borcun həcminin 622 milyon manat və ya 58,5 faiz artması müşahidə edilib. 


Xatırladaq ki, Azərbaycan banklarının xarici borcu devalvasiyadan sonra sürətlə azaldılmışdı. 2015-ci ildə xarici borcun həcmi 8,246 milyard manat idi və bu, bank sektoru üçün böyük yükə çevrilmişdi. Davamlı azalmadan sonra 2021-ci ilin sonunda xarici borcun həcmi 1 milyard manata qədər azaldı. Cari ildən isə öhdəliklərin həcmində yenidən artım var. 


Qeyd edək ki, dollar/manat məzənnəsinin sabit qaldığı indiki dövrdə xarici borcun artması problem yaratmır. Xarici borcun artması məzənnə dəyişikliyi böyük olan ölkələrin bankları üçün ciddi çətinliklər yaradır. 


Vasif,
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...