Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səs yazısını yaydı - VİDEO

Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səs yazısını yaydı - VİDEO

Azərbaycanın Əməkdar artisti Rafael İsgəndərov dostu, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun səs yazısını yayıb.

 

Sfera.az xəbər verir ki, səs yazısında şəhidimiz Abdal-Gülablı kəndinin gözəlliyindən bəhs edib və həsrətini dilə gətirib.

 

Əməkdar artist şəhidlə şəkillərinin də yer aldığı videoya bu başlığı yazıb:

 

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

 

Bildirək ki, şəhid Müşviq Abbasov əslən Ağdamın Abdalgülablı kəndindən olub. Vətən müharibəsinin ilk günlərindən iki oğlu ilə birgə ön cəbhədə savaşıb.

 

Vəsilə İbrahim,

Sfera.az

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...