Rusiyanın sərhədlərində qaçaq izdihamı – Növbələr 20 kilometrə çatıb

Rusiyanın sərhədlərində qaçaq izdihamı – Növbələr 20 kilometrə çatıb

Putinin “qismən səfərbərlik” qərarından sonra Rusiya xaosa qərq olub,  qərar etiraz və silahlı basqınlarla nəticələnib.

 

Sfera.az bildirir ki, Ukraynaya 300 min ehtiyat əsgər göndərməyə hazırlaşan Rusiyada yüz minlərlə insan "qismən səfərbərlik"dən xilas olmaq üçün sərhəd qapılarına axışıb, ölkənin həm qərbində, həm cənubunda, həm də cənub-şərqində kilometrlərlə növbələr yaranıb.

 

Şengen vizası belə rusları xilas etmir...

 

Məlumata görə, Rusiyanın qərb sərhədində Finlandiyaya gündəlik daxil olanların sayı 3 mindən 9  minə yüksəlib. Finlandiya Şengen vizası olan rusların belə yaxın günlərdə sərhədi keçməsini dayandıracaq. Digər Şərqi Avropa ölkəsi olan Polşada Şengen vizası olan ruslara hava limanlarına və limanlara giriş qadağan edilib. Eyni təcrübə digər Baltikyanı ölkələr tərəfindən də həyata keçirilib. “BBC”nin xəbərinə görə, Finlandiyanın sərhədi bağlaması ilə Şengen vizası olan ruslar yalnız Norveçdən Avropa qitəsinə keçə biləcəklər.

 

Sərhədi keçənlər arasında rus agentlər də var...

 

Cəbhəyə getməmək üçün Rusiyanı tərk edənlərin digər ünvanlarından biri də  Qafqaz ölkəsi Gürcüstandır. Qeyd edilib ki, sərhəd qapılarında növbə 20 kilometri keçib,  Rusiya səlahiyyətliləri piyadaların keçməsinə icazə verməyə başlayıb. Gürcü mediası isə izdihamın hər saat artdığı sərhəd qapılarında Rusiya xüsusi xidmət  (FSB) agentlərinin də olduğunu yazıb.

 

Qazaxıstanda isə Petropavlovsk keçid məntəqəsinin bağlandığı, sərhədin Rusiya tərəfində kişilərin bu ölkəyə keçməsinə icazə verilmədiyi yazılsa da, bununla bağlı məlumat Qazaxıstan hakimiyyəti tərəfindən təsdiqlənməyib. Orta Asiyanın digər ölkəsi Monqolustanın sərhədində də uzun növbələr var. Rusiya-Monqolustan sərhəddindəki Xyaqt keçid məntəqəsindəki izdiham peyk vasitəsilə çəkilib.

 

Dağıstanda iğtişaşlar genişlənir...

 

“Qismən səfərbərliyə” qarşı iğtişaşların baş verdiyi Dağıstanda isə bazar ertəsi küçələr qarışıb. Mahaçqala və Hasavyurtda yüzlərlə insan ehtiyatda olan hərbçilərin Ukraynaya göndərilməsinə etiraz edib. Mahaçqala küçələrində nümayişçilərlə polis arasında yenidən toqquşma olub, azı 20 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanlardan ikisi jurnalistdir. Hasavyurtda keçirilən aksiyalarda polisin etirazçıları zorla dağıtdığı da məlumatlar arasındadır.

 

Qeyd edək ki, Qərb kəşfiyyat orqanları fevralın 24-dən bəri ən azı 70 min rus əsgərinin öldürüldüyünü və ya yaralandığını bildirir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...