Corciya Meloni İtaliyanın ilk qadın baş naziri oldu – Nələr dəyişəcək?

Corciya Meloni İtaliyanın ilk qadın baş naziri oldu – Nələr dəyişəcək?

İtaliyada II Dünya müharibəsindən sonra seçicilər ilk dəfə sağçılara səs verib.  Dünən keçirilən parlament seçkilərdə radikal sağçıların lideri Corciya Meloni qalib gəldiyini elan edib. 45 yaşlı Meloni bununla İtaliyanın ilk qadın baş naziri olub.

 

Maraqlıdır, İtaliyada yeni sağçı hökumətin xarici siyasəti necə olacaq?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, fundamental dəyişiklik gözləmək üçün hər hansı əsas yoxdur.  O, həmçinin qeyd edib ki, Giorgia Meloninin Fransa radikal sağının lideri Marin Le Pen və Macarıstanın ifrat sağçı avtokratı Viktor Orbanla eyniləşdirilməsi qüsurludur:

 

“Onları konservativ dünyagörüş birləşdirsə də, Meloninin xarici siyasət vizyonu tamam fərqlidir. O, Le Pen və Orbandan fərqli olaraq, atlantikçidir və Brüssel bürokratiyasını tənqid etsə də, Avropa Birliyi layihəsinin, avrozonanın tərəfdarıdır.  Meloni, Salvini və Berluskoni arasında razılaşdırılmış seçkiqabağı manifestdə İtaliyanın Atlantik ittifaqın tərkib hissəsi olaraq öz öhdəliklərinə, eləcə də Avropa inteqrasiyasına tam bağlı qalacağı vurğulanıb. Bu səbəbdən yeni hökuməti avroskeptik olaraq dəyərləndirmək yanlış olar.   Ümumi Daxili Məhsulunun 150%-i həcmində borcu olan İtaliya AB-nin dəstəyinə ciddi ehtiyac duyur. Təkcə onu qeyd etmək kifayətdir ki, AB postcovid dövrü üçün İtaliyaya 200 milyard avro yardım ayırıb. Hansı hökumət bu cür səxavətli mənbədən özünü məhrum edər? Meloni müxalifətdə olarkən Ukrayna müharibəsi ilə bağlı Mario Dragi hökumətinin və ümumilikdə Qərbin siyasətini müdafiə edib. “İtaliya qardaşları” parlamentdə keçirilən səsvermədə Ukraynaya silah verilməsinə tərəfdar çıxıb. Bu partiyadan olan senator Adolfo Ursi Ukraynaya səfər edərək dəstək ifadə edib”.

 

Ekspert bildirib ki, koalisiyanın digər üzvləri - “Liqa” və “İrəli, İtaliya!” partiyalarının aldığı səs miqdarı onların yeni hökumətdə şərt diktə edən tərəf olmasını çətinləşdirəcək və əsas söz sahibi böyük ortaq olacaq:

 

“Matteo Salvini və qoca mafioz Silvio Berluskoni rusiyayönümlü kimi tanınmalarına baxmayaraq, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni onlar da tənqid edir.  “İtaliya qardaşları”nın uğurunun səbəblərinə gəldikdə isə burada qeyri-adi bir məsələ yoxdur. Covid-19 sonrası sosial-iqtisadi çətinliklər, yüksələn inflyasiya və miqrant problemi Avropada sağ partiyalara meyli artırır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...