ABŞ Dövlət katibinin Enerji Resursları üzrə müavini III Xəzər Biznes Forumunda ÇIXIŞ ETDİ

ABŞ Dövlət katibinin Enerji Resursları üzrə müavini III Xəzər Biznes Forumunda ÇIXIŞ ETDİ

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin (CPC) Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan səfirlikləri və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə üçüncü Xəzər Biznes Forumu keçirilib.

 

Sfera.az xəbər verir ki, Forum Xəzər Siyasət Mərkəzinin baş elmi işçisi, səfir Riçard E. Hoqlandın moderatorluğu ilə keçirilib.

 

Forumda ABŞ Dövlət Katibinin Enerji Resursları üzrə müavini Geoffrey Pyatt çıxış edib.

 

Pyattın çıxışını təqdim edirik:

 

"Çox sağ olun. Axşamınız xeyir. Mənə söz verildiyi üçün Səfir cənab Hoqland, səfir cənab Sekut və Dr. Niftiyə, həmçinin nazirlər və qonaqlara çox təşəkkür edirəm. Bu gün Xəzər regionunda enerji resursları və infrastrukturunu müzakirə etmək üçün sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Şübhəsiz ki, bu müzakirənin BMT Baş Assambleyası çərçivəsində olması da gözəl təsadüfdür. Cənab Hoqlandın da qeyd etdiyi kimi, cümə axşamı Senat tərəfindən təsdiqləndikdən və bu səhər andiçmədən sonra yeni işimə cəmi bir neçə saat olar başlamışam. Beləliklə, bu iştirak etdiyim ilk tədbirlərdən biri olsa da, Dövlət Katibinin Cənubi və Mərkəzi Asiya İşləri üzrə baş köməkçisi vəzifəsini icra etdiyim zaman Xəzər enerjisi məsələləri mənim əsas vəzifə öhdəçiliklərimdən biri idi. Xüsusilə, qeyd edim ki, cənab Hoqland ilə birlikdə sıx əməkdaşlıq etmişik. Azərbaycanlı həmkarımla Yunanıstanda səfir olduğum vaxtlarda normativ sənədlərin təsdiqlənməsi və TAP boru kəmərinin tikintisinə dəstək olmaq üçün çalışdığımız zamanlarda yaxından əməkdaşlıq etmək şansımız oldu. Cənub Qaz Dəhlizi və Avropanın enerji təhlükəsizliyi, təmiz enerji keçidi bu günün 2 ən aktual iqtisadi və geosiyasi problemlərindəndir. 

 

Bu arada, prezident Putinin Ukraynaya qarşı apardığı əsassız müharibə əlavə problemlər yaratmağa davam edir; həlak olan və yaralanan minlərlə mülki vətəndaşlar, evlərini tərk etmək məcburiyyətində qalan 13 milyon Ukrayna vətəndaşı fonunda qlobal ərzaq problemi, enerji qiymətlərinin artması, tələb-təklif mütənasibsizliyi bütün dünyada əhalinin əsas tələbatlarını ödəməsinə çətinlik yaradır. Bu ilki UNGA-da müzakirələrin çoxu bu aktual mövzu ilə; humanitar və iqtisadi problemləri həll etmək üçün birlikdə necə əməkdaşlıq etməklə bağlı olacaq. Onu da qeyd etmək istərdim ki, müharibənin fəsadları aradan qaldırılanadək biz qlobal enerji tələbatını ödəmək üçün birlikdə səy göstərməliyik. Qlobal enerji tələbatını ödəməklə iqlim dəyişikliyinin törətdiyi fəsadların aradan qaldırılması, az büdcə ilə təmiz enerjiyə keçidin vacibliyini həll etmək mümkündür. 

 

Bayden Administrasiyasının prioritet mövzusu da qlobal iqlim böhranıdır. Buraya iqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyini gücləndirmək üçün ABŞ tarixində ən vacib qanunun qəbulu, eləcə də hər kəsi qarşıya qoyulan məqsədə çatmaq üçün daha çox iş görməyə təşviq etmək daxildir. Bunlar ciddi çağırışlardır, həm də tərəfdaşlığımızı gücləndirmək,  yeni texnologiyalar və yeni iqtisadi bazarlardan mənfəət əldə etmək imkanı verir. Enerji təminatı təmiz enerjiyə keçidin mərkəzi komponenti kimi həm iqtisadi, həm də enerji təhlükəsizliyinin təminatıdır. Bu keçiddən səmərəli istifadə həm də əhalinin enerji təminatı və müəssisələrin fəaliyyətini təmin etməyə yönəlmişdir.

 

Xəzər təbii qazı artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bir bölgədəki resurslar digəri ilə nə qədər çox bölüşdürülsə, hər kəs bir o qədər çox faydalanacaq. Bu səbəbdən ABŞ təbii qazın, eləcə də elektrik enerjisi ilə qarşılıqlı əlaqənin genişləndirilməsinin Xəzər regionuna fayda gətirəcəyinə inanır. Birləşmiş Ştatlar Xəzəryanı dövlətlərin daha geniş enerji təhlükəsizliyi və diversifikasiya məqsədlərinə yönəlik ən optimal variantları müəyyən etmək üçün hasilat ehtiyatı olan ölkələrlə davamlı dialoq aparır. Cənub Qaz Dəhlizi siyasi iradə, birgə investisiyalar, regional əməkdaşlıq və texnoloji innovasiyalarla əldə edilə biləcək uğurlara ən bariz nümunədir. Bu baxımdan mən 2017-ci ildə Şimali Yunanıstanda tikilən TAP boru kəmərinə səfərimi və bu layihənin gətirdiyi gəliri həmişə nümunə gətirirəm. 2020-ci ildə fəaliyyətə başlayandan bəri Cənub Qaz Dəhlizi artıq Türkiyə, İtaliya, Yunanıstan və hal-hazırda Bolqarıstana vahid enerji təchizatçısından asılılığını  azaltmağa kömək edib. Cənub Qaz Dəhlizinin strateji və iqtisadi əhəmiyyəti Avropanın təchizatçıları və marşrutlarını birləşdirmək üçün imkanlarını artıracaq. Cənub Qaz Dəhlizi sözün əsl mənasında Cənub-Şərqi Avropanın enerji xəritəsini yenidən cızdı. Təkcə Yunanıstanda Azərbaycan qazı hökumətin çirkli  kömür elektrik stansiyalarından asılılığın azaldılması istiqamətində irəliləyişdə mühüm rol oynadı və bununla da qlobal iqlim məqsədlərimizdə nailiyyət əldə etməyimizə şərait yaratdı. 

 

Regional əməkdaşlıq həm də müasir dövrümüzdə evlərin və iqtisadiyyatın əsas infrastrukturu olan elektrik şəbəkələri üçün daha böyük sabitlik deməkdir. Regional enerji təhlükəsizliyini daha da artırmaq üçün enerji səmərəliliyinin artırılması da vacib olacaqdır. Bu, ən asan və sınanmış üsullardan biridir".


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...