Avropada narahatlığa səbəb nədir? - Meloninin uğurunun sirri 

Avropada narahatlığa səbəb nədir? - Meloninin uğurunun sirri 

Xəbər verildiyi kimi, İtaliyada seçkilərdə radikal sağçılar qələbə qazandı.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, İtaliyada seçkilərdə radikal sağçıların qalib gəlməsi Avropanın bəzi ölkələrində həyəcanla qarşılanıb. Bəzi ölkə hökumətləri açıq şəkildə narahatlıqlarını ifadə ediblər


Giorgia Meloni başda olmaqla “İtaliya Qardaşları” səsvermədən qalib partiya olaraq çıxsa da, nəticə Avropa üçün ürəkaçan olmayıb. Melonini ilk təbrik edənlər Fransa, İspaniya, Polşa və Macarıstanın radikal sağçı partiyaları olub.

 

Bəs, narahatlığa səbəb nədir?


Mussolinidən sonra İtaliyanın ilk radikal sağçı baş naziri olacağı gözlənilən Meloni ölkə tarixində ilk qadın baş nazir titulunu da daşıyacaq. İtaliyadakı bu nəticənin bütün Avropada narahatlıq doğurduğu görünsə də, qitənin sağçı partiyaları Melonini bir-bir təbrik edir.


“İtaliya Qardaşları”, “Liqa”, “Let's Italy” və “Moderates”dən ibarət sağ ittifaq 43,92 % səslə seçkidə qələbə qazanıb. Sol ittifaq isə 26,18 % baryerində qalıb. 2018-ci ildə 32,7 % səs toplayan “Beş Ulduz Hərəkatı” 15,31 %, “Mərkəzi alyans” isə 7,76 % səviyyəsində qalıb.


Bəs Meloninin uğurunun sirri nədir? Onun hansı məqsədləri var? Avropa niyə narahatdır?

Meloni əleyhdarları partiyanın tərkibində neofaşist elementlərin olduğunu iddia edirlər. Narahatlıqların ən böyüyü də budur.
Hətta Meloni də “faşist” damğası almaqdan narahatdır. Seçkidən əvvəl ingilis, ispan və fransız dillərində danışdığı videonu yayımlayan gələcək baş nazir bu iddianı rədd etdiyini və sözügedən ideologiyanın tarixə qovuşduğunu bildirib.

NATO, AB, miqrasiya problemi, LGBT hüquqları və abort kimi mövzularda çox sərt açıqlamaları ilə də tanınan Meloni müraciətində NATO da daxil olmaqla İtaliyanın tərəfdaşlarına sadiq qalacağına xalqı inandırıb.

Lakin İtalyan İctimai Hərəkatı öz emblemində İkinci Dünya Müharibəsindən sonra radikal sağ kəsimin istifadə etdiyi və Mussolininin faşizmində “yanan alov” kimi qəbul edilən üçrəngli alovu qoruyub saxlayır. Seçki prosesində 19 yaşında verdiyi müsahibədə işlətdiyi ifadələrlə ölkə gündəmini lərzəyə gətirən Meloni: “Mussolini yaxşı siyasətçi idi, İtaliya üçün əlindən gələn hər şeyi etdi” açıqlamalarını vermişdi.


Faşizmlə bağlı olan “Allah, vətən, ailə” şüarını işlədən Meloni bu mövzuya aydınlıq gətirərkən “İtalyan kimliyini” mühacirlərə, “LGBT lobbisi” adlandırdığı qruplara və “qlobal güclərə” qarşı müdafiə etdiyini iddia edir.

Xatırladaq ki, Meloni 2018-ci ildə etdiyi çıxışda Emmanuel Makronu hədəfə alıb və Fransanın Afrika siyasətilə bağlı "Bizə mühazirə oxumağa çalışmayın, Makron. Çünki afrikalılar sizin siyasətiniz üzündən öz qitələrini tərk etmək məcburiyyətindədirlər" demişdi.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...