Çempionluğun şöhrəti yoxsa insanlığın mərhəməti? - Nə idi onu sevdirən?

Çempionluğun şöhrəti yoxsa insanlığın mərhəməti? - Nə idi onu sevdirən?

12 yaşında velosipedi oğurlanan balaca oğlan uşağı polisə müraciət edir. Həmin oğrunu tutacağını söz verən Martin adlı polis balaca oğlana həm də boks öyrətməyə başlayır.


“Əgər boks bilsəydin, heç kim sənin velosipedini oğurlamağa cəhd etməzdi”.


Zamanla daha da özünü təkmilləşdirən bu balaca bütün dünyada milyonlarla pərəstişkarını ovsunlayan üçqat ağır çəkidə boks çempionu, sonralar özünə Məhəmməd Əli adını götürəcək - Kassius Marsellus Klay idi.


Sfera.az bu dəfə 20-ci əsrin ən tanınmış və ən silinməz simalarından biri Məhəmməd Əli haqqında maraqlı yazı təqdim edir.

 

Rinqdə sürət, zəriflik və gücün heyranedici kombinasiyasını canlandıran, buna görə də hal-hazırda da bir çoxları tərəfindən tətbiq olunan məhşur “Kəpənək kimi uçub, arı kimi sancmaq” texnikası birbaşa Məhəmməd Əlinin prinsipi olub.


Onun Babası əslən İrlandiyalı Abe Grandy 1860-da İrlandiyadan Kentuckiyə köçmüş və Məhəmməd Əlinin nənəsiylə evlənmişdi. Hər zaman İrlandiyanı ziyarət etmək niyyətində olan Əli bu arzusunu yalnız 2009-cu ildə reallaşdıra bilmişdi. Bu ziyarətin onun həyatında xüsusi önəmi olduğunu da xatirələrində qeyd edib.


Anasının adı Odessa idi və o evlərə təmizliyə gedirdi. Yeniyetmə ikən ilk dəfə oyundan aldığı 2 min dollar mükafata balaca Cadillac alan Məhəmməd Əli bununla ən böyük uşaqlıq arzusundan birincisini; bütün gün işləməkdən yorulan valideynlərinin “ayaqlarını yerdən götürmüş oldu”.

Ən böyük uğuru 22 yaşı olarkən dövrün ən məşhur boksçusu Sonny Listonu məğlub edərək adını ən güclü boksçular siyahısına salması oldu. Məhəmməd Əli Liston ilə yarışda 630.000 dollar qazandığı halda, onun həmin yarışda geyindiyi əlcəklər 50 il sonra 836.000 dollara satılmışdı.


Məhəmməd Əli 18 yaşında olarkən Romadakı Olimpia oyunlarında iştirak etmiş və qızıl medal qazanmışdı. Amma ölkəsində qarşılaşdığı irqi ayrı seçkiliyə etiraz olaraq o, medalı Ohio çayına atmışdı. Onun bu davranışı çoxlarının etirazına səbəb olsa da hər zaman sözünü deyən Məhəmməd Əli bu mövzuda da öz mövqeyini qoruyub saxlamışdı.


Məhəmməd Əli bir çox sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də olduqca istedadlı biri idi. O, əsasən müxalifət, din və s. mövzularda şeirlər yazmışdır. Hətta onun fərqli tərzdə ifası da bir çoxlarının ürəyini fəth edə bilmişdi. Belə albomlardan biri də “I Am the Greatest” albomudur.

Boksdakı bacarığı ilə könülləri fəth etməsindən əlavə onun bir insan kimi sevilməsi də tarix yazmasına əsas verdi. Hələ gənclik illərindən tez-tez yeniyetmələrin islah müəssisələri, həbsxanaları ziyarət edərək, onların islahında, təlim-tərbiyəsində müstəsna rolu olmuşdur. Yüzlərlə Amerikalı gənc məhz Məhəmməd Əli sayəsində oğurluq, xuliqanlıq, narkotikaya birdəfəlik “Yox” demişdi. Onun heyranları arasında Mayk Tayson, Maykl Cekson, futbol dünyasının əzəmətlisi Pele və Maradona da var idi.

1967-ci ildə Amerika Vyetnamla müharibəyə start verəndə Məhəmməd Əli müharibədə iştirak etməyəcəyini bildirmişdi. Yüzlərlə əsgərin öldüyü, etirazçıların və vicdanlı amerikalıların çağırış kartını ya yandırıb, ya da Kanadaya qaçdığı bir vaxtda Məhəmməd Əli Hyustondakı Silahlı Qüvvələrin Mərkəz binasına gələrək tarixi məşhur çıxışını etmişdi:


“Mənim vicdanım adəm övladını, öz qardaşımı və ya qüdrətli Amerika üçün palçıqda ac qalacaq insanları güllələməyimə icazə vermir. Onlara nəyə görə güllə atmalıyam? Mənə heç vaxt zənci deməyiblər, linç etməyiblər, üstümə it qısqırtmayıblar, milliyətimi təhqir etməyiblər, ana və atamı zorlayıb öldürməyiblər. Onları nə üçün vurmalıyam? Sivil insanlara necə güllə ata bilərəm? Məni həbsxanaya aparın”.

Müxtəlif vaxtlarda həbs cəzası, cərimə və rinqdən uzaqlaşdırma kimi cəzalar almasına baxmayaraq, istedad və bacarıqlara biganə qala bilməyən Amerika höküməti bir müddət sonra yenidən ona öz imtiyazlarını geri qaytarmağa məcbur oldu.


Həmin dövrlərdə maddi ehtiyaclarını universitetlərdə məruzə deməklə ödəyirdi. Sonralar məhkəmədə aldığı bəraət və təzminat onun ehtiyaclarını qarşılasa da həssas ruhunun dərinliklərində silinməz izlər buraxmışdı. Parkinson xəstəliyinə tutulması Məhəmməd Əlinin bəlkə də aldığı “ürək yaralarının” nəticəsi idi.


Bir müddət yarışlardan alacağı böyük miqdarda mükafatlara görə xəstəliyini gizlədən və hər 2 yarışda qələbə qazanan Məhəmməd Əli 1978-ci ildə 3 qat dünya çempionu olaraq karyerasına son qoymuşdu. 3 qat dünya çempionu titulunu da ilk dəfə qazanan məhz Məhəmməd Əli olmuşdur. O, bütün karyerası ərzində cəmi 5 dəfə məğlub olmuşdu, həmçinin bütün revanş oyunlarını da qələbə ilə bitirmişdi.


2001-ci ildə baş rolunu Uill Smitin canlandırdığı “Ali” filmi də dünya üzrə izlənmə sayına görə rekord qazanmışdı.

2016-cı ildə uzun müddət müalicə aldığı xəstəxanada Parkinson xəstəliyindən dünyasını dəyişmişdir.


4 evlilikdən 9 övladı olan Əlinin sadəcə 1 qızı-Laila Ali atasının davamçısıdır.


Aynil


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...