Neftin qiyməti bahalaşır
Cəmiyyət
09:09 / 15.09.2016
91
Dünya bazarlarında neftin qiyməti bahalaşır.
Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,55% artaraq bir barelə görə 46,10 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,28% bahalaşaraq 43,70 dollara satılıb.