Peskov səfərbərliklə bağlı səhvlərin olduğunu ETİRAF ETDİ

Peskov səfərbərliklə bağlı səhvlərin olduğunu ETİRAF ETDİ

Kreml ehtiyat qüvvələrin səfərbər edilməsində səhvlərə yol verildiyini etiraf edib.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. O,  jurnalistlərə açıqlamasında bunları deyib: “Həqiqətən səfərbərlik fərmanının pozulduğu hallar var. Bəzi bölgələrdə qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər. Ümid edirik ki, bütün səhvlər düzəldiləcək”.

 

Kremlin sözçüsü hərbi xidmətə çağırış hüququ olan rusiyalı kişilərin ölkəni tərk etməsinin qarşısını almaq üçün görüləcək tədbirlər barədə sualı da cavablandırıb. Peskov sərhədlərin bağlanması ilə bağlı qərarın verilmədiyini söyləyib.

 

Qeyd edək ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. 261 min kişi vətəndaş ölkəni tərk edib. Hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...