Xudafərin sərhəd zolağında “terrorçular” – İran etirazları yatırmaq üçün yalanlara əl atır

Xudafərin sərhəd zolağında “terrorçular” – İran etirazları yatırmaq üçün yalanlara əl atır

“İran rejimi etirazları yatırmaq məqsədilə iki istiqamətdə hərəkət edir: öz tərəfdarlarını “muzdlu terrorçular və xaos yaradanlar” adlandırdığı etirazçılara qarşı qaldırır; “terror aktları ssenarisini” aktivləşdirir”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, rejim etirazları xarici qüvvələrə bağlamaq və güc yolu ilə yatırmağa zəmin hazırlayır:

 

“Təbrizdə etirazların keçirildiyi bir neçə yerdə “terror aktı” hazırlığının qarşısı alınıb, terrorçular saxlanılıb. O cümlədən Kürdüstan əyalətində ABŞ istehsalı olan 65 avtomat “ələ keçirilib”. Etirazların keçirildiyi müxtəlif şəhərlər haqda belə iddialar ortaya atılır. İstisna deyil ki, aksiyalarda “bombalar da partladılsın”. Digər tərəfdən, İranın iddia etdiyi “terrorçular”ı bağlayacağı ölkələrdən biri də Azərbaycan ola bilər. Xudafərin sərhəd zolağında “iki terrorçunun saxlanıldığı” iddiası belə zəminin hazırlandığını deməyə əsas verir. Bu, həm etirazlara qarşı əməliyyatını həyata keçirməyə, həm də “bölgədə terrorçu qruplaşmalar var” iddiası ilə sərhəd dəyişikliyinə müdaxiləyə bəhanə yaradır”.

 

Ekspert bildirib ki, bu ssenariyə qarşı indidən addımlar atılmalıdır: “Misal üçün, rəsmi Bakı Xudafərin sərhəd zolağında saxlanıldığı deyilən “iki terrorçu” haqda iddianın əsasını Tehrandan tələb edə, məsələyə aydınlıq gətirə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...