“Vaqner” qrupunun təsisçisi Priqojin haqda nə bilirik? – “Putinin şəxsi aşbazıdır...”

“Vaqner” qrupunun təsisçisi Priqojin haqda nə bilirik? – “Putinin şəxsi aşbazıdır...”

“Beynəlxalq mövzulara maraq göstərənlərin az qala tamamı bilir ki, Rusiyada muzdlu “Vaqner” qruplaşmasının təsisçisi Evqeniy Priqojindir. Bu şəxs Kreml sahibi Vladimir Putinin Sankt-Peterburqdan yaxın dostudur”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.  O, Priqojinin Putinin hesabına varlandığını vurğulayıb:

 

“Onun “Konkord” şirkəti ərzaq təhcizatı ilə məşğuldur, o cümlədən Priqojin Kremldəkilərin bahalı süfrələrinə cavabdehdir. Prqiojin bu mənada Putinin “şəxsi aşbazı”  titulunu da daşıyır. Bunun hesabına Priqojin dövlətin tenderlərində əsas pay sahibidir. Priqojin illər uzunu “Vaqner”lə bağlılığını təkzib edib. Nəhayət o, bugünlərdə etiraf edib ki, “Vaqner” muzdlu qruplaşmasını 2014-cü ildə təsis edib. Niyə məhz 2014-cü il? Görünür, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra muzdlu qruplaşmaya ehtiyac duyub. Bu ideyanın arxasında şəxsən Putinin dayandığını zənn edirəm. O düşünüb ki, oxşar şirkətlər ABŞ-da varsa, Rusiyada niyə olmasın? Putin bu işi ən yaxın dostuna tapşırıb”.

Wagner-linked Putin ally: 'Dying west thinks Russians are third world scum'  | Russia | The Guardian

Ekspert “Vaqner” muzdlularının Liviya, Suriya savaş təcrübəsindən çıxdıqdan sonra Ukraynaya göndərildiyini vurğulayıb:

 

““Vaqner”in Ukraynada itkiləri çoxdur. Putin itkilərin yerini doldura bilmədiyinə görə, qismən səfərbərliyə ehtiyac duyub. Priqojinin özü isə Rusiya həbsxanalarını gəzərək əfv qarşılığında məhbusları Ukraynaya ölümə göndərməklə məşğuldur”.

 

Bəs Evqeniy Priqojin haqqında daha nələr bilinir?

 

Sfera.az-ın məlumatına görə, Priqojin 1 iyun 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq)  Violetta Priqojina  ailəsində anadan olub. 1977-ci ildə atletika internat məktəbini bitirib və xizək sürmə ilə məşğul olub. 1979-cu ilin noyabrında Priqojin oğurluğa görə şərti cəza alıb. 1981-ci ildə o, quldurluq, dələduzluq və yeniyetmələri cinayətə cəlb etmə maddələri ilə on iki il müddətinə azadlıqdan məhrum edilib. Priqojin azadlığa çıxana qədər doqquz il həbsdə yatıb. Onun atası və ögey atası yəhudi əsilli olub. 1990-cı ildə azadlığa çıxandan sonra o, ögey atası ilə birlikdə hot-doq satmaq üçün şəbəkə qurub. O, həmçinin Sankt-Peterburqda ilk ərzaq mağazalar şəbəkəsi olan internat məktəbindəki sinif yoldaşı Boris Spektor tərəfindən yaradılmış "Kontrast"ın 15% pay sahibi və meneceri olub. Eyni zamanda Priqojin baş direktor kimi Spektor və İqor Qorbenkola birlikdə  Sankt-Peterburqda “Spectrum QSC”  nəzdində ilk kazinoları təsis ediblər.

Powerful 'Putin's chef' Prigozhin cooks up murky deals - BBC News

1995-ci ildə gəlirləri azalmağa başlayanda Priqojin “Kontrast” şirkətinin direktoru Kiril Ziminovu onunla restoran açmağa razı salıb.  Onlar  Sankt-Peterburqda “Köhnə Gömrük Evi”ni (rus. Старая Таможня) açıblar. 1997-ci ildə Parisdə Sena çayının sahilində yerləşən restoranlardan ilhamlanaraq Priqojin və Ziminov Vyatka çayında paslanmış qayığın təmiri üçün 400.000 dollar xərcləyiblər və Sankt-Peterburqun ən dəbli yemək yerlərindən birinə çevrilən “New Island” adlı üzən restoranı açıblar. 2001-ci ildə Priqojin şəxsən Vladimir Putinə və Fransa prezidenti Jak Şiraka "New Island"da nahar edərkən yemək təqdim edib. O, həmçinin 2002-ci ildə ABŞ prezidenti Corc Buşu qəbul edib. 2003-cü ildə Putin ad gününü bu restoranda qeyd edib.

 

2003-cü ildən etibarən isə Priqojin biznes tərəfdaşlarından ayrılaraq öz müstəqil restoranlarını yaradıb və Putinin sirdaşına çevrilib. 2012-ci ildə o, Rusiya ordusunu bir il ərzində 1,2 milyard ABŞ dolları dəyərində yemək tədarükü ilə təmin etmək üçün müqavilə imzalayıb. Bu müqavilədən əldə edilən gəlirin bir hissəsinin İnternet Araşdırmalar Agentliyinin yaradılması və maliyyələşdirilməsi üçün istifadə edildiyi iddia edilir. Priqojinin şəxsi təyyarəsi və 115 metrlik yaxtası var. Korrupsiyaya Qarşı Mübarizə Fondu Priqojini korrupsiya ilə məşğul olmaqda ittiham edib. Onun qeyri-qanuni sərvətinin bir milyard rubldan çox olduğu təxmin edilir. Aleksey Navalnı Priqojinin Moskva məktəblərini keyfiyyətsiz qida ilə təmin edən, dizenteriya xəstəliyinə səbəb olan "Moskovski Şkolnik" adlı şirkətlə əlaqəsi olduğunu iddia edib.

 

2022-ci ilin aprelində Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Priqojinin “Vaqner qrupu”nun kampaniyasına şəxsən nəzarət etmək üçün Donbasa getdiyi bildirilir. Məlumata görə, o, cəbhə xəttinə getmiş Rusiya Dumasının üzvü Vitali Milonovla birlikdə hərbi geyimdə olub. 2022-ci ilin sentyabrında isə mətbuata sızan bir video ilə Priqojinin Ukraynaya qarşı müharibədə Rusiya qüvvələrini gücləndirmək üçün məhkumları işə götürməyə cəhd etdiyi ifşa edilib.

 

Qeyd edək ki Priqojini “Internet Research Agency Ltd” adlı şirkət də daxil olmaqla, “Concord Management”, “Consulting Company”  və digər əlaqəli şirkətləri maliyyələşdirdiyi və idarə etdiyi iddia olunur.  Üç şirkət 2016-cı il ABŞ prezident seçkilərinə, Rusiyadan kənarda siyasi hadisələrə təsir etmək cəhdində və digər fəaliyyətlərdə ittiham olunur.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...