İranda güclü zəlzələ baş verdi

Dünya
08:00 / 26.09.2022
6159
İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 71 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.