Putinin bu FOTOLARI beyinləri qarışdırdı - Axı bu, necə ola bilər? 

Putinin bu FOTOLARI beyinləri qarışdırdı - Axı bu, necə ola bilər? 

Rusiya lideri Vladimir Putin hakimiyyətə gəldiyi gündən sirli həyatı ilə gündəmdədir. Xüsusən də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra onunla bağlı müxtəlif iddialar səsləndirilib.

 

Oktyabrda 70 yaşını qeyd etməyə hazırlaşan Putinin dəfələrlə müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi irəli sürülüb, lakin bu xəbərlər Moskvadan verilən açıqlamalarla təkzib edilib. Bəzi nəzəriyyəçilər isə Putinin ölməz olduğunu, hər iki dünya müharibəsində Rusiya üçün vuruşduğunu, hətta bolşevik inqilabında iştirak etdiyi ilə bağlı ağlasığmaz iddialar irəli sürüb. Onlar Vladimirin min illərdir planetdə yaşadığına və mifik məxluq olduğuna inanırlar.

Sfera.az bildirir ki, son günlər bu tezisi müdafiə edənlər öz fikirlərini Putinin sosial mediada yayılan 1920 və 1941-ci illərə aid iki fotoşəkli üzərində qurmağa başlayıblar. Sözügedən şəkillərdəki əsgərlər Rusiya prezidentinə bənzərlikləri ilə diqqət çəkib. 1920 və 1941-ci illərdə çəkilmiş fotoşəkillərin harada və kim tərəfindən çəkildiyi isə məlum deyil. Bir qisim nəzəriyyəçilər arasında 19-cu əsr yunan generalı Valtinosla Putin arasındakı oxşarlığa diqqət çəkənlər də var.

 

Daha maraqlı bir fikrə görə, Vladimir Putin əslində 1431-ci ildə anadan olub və dünyada “Drakula” adı ilə tanınan “Voivod the Impaler”dir.

Qeyd edək ki, Putinin ölməz olduğu iddiaları 2015-ci ildə də gündəmdə idi və bəzi insanlar Rusiyanın gizli zaman maşınının ola biləcəyi fikrini müdafiə edirdilər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...