Köhnə dostundan Putinə dəstək:  “Onu Ukrayna müharibəsinə ruslar məcbur etdi”

Köhnə dostundan Putinə dəstək:  “Onu Ukrayna müharibəsinə ruslar məcbur etdi”

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin seçkilər öncəsi çıxışı səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, 85 yaşlı milyarder İtaliya televiziyasına açıqlamasında köhnə dostu olan Rusiya prezidenti Vladimir Putini müdafiə edib.

 

“Putini Rusiya xalqı, onun partiyası və nazirləri bu xüsusi əməliyyatı icad etməyə məcbur ediblər. Qoşunlar Ukraynaya daxil olmalı, bir həftəyə Kiyevə çatmalı, Zelenski hökumətini layiqli adamlarla əvəz etməli və sonra bu ölkədən çıxmalı idi. Əvəzində onlar sonradan Qərbdən gələn hər cür silahla dəstəklənən müqavimətlə qarşılaşdılar”, deyə Berluskoni qeyd edib.

 

O həmçinin, çıxışı zamanı savaşı qınayıb: “Müharibə 200 gündən çox davam etdi. Vəziyyət çox çətinləşib. Ölülər haqqında eşidəndə özümü pis hiss edirəm, çünki həmişə müharibənin ən böyük dəlilik olduğuna inanmışam”.

 

Digər tərəfdən mərkəz solçu Demokrat Partiyasının lideri Enriko Letta Berluskoninin son açıqlamalarını “qalmaqal” adlandırıb və onun Moskvanı “legitimləşdirdiyini” vurğulayıb:

 

“Bu bəyanatlar  göstərir ki, bizim seçki sistemimizin bir hissəsində, nəinki sağda, böyük bir hissəsində “gəlin bu müharibəni dayandıraq, Putinə nə istəyirsə, onu verin” deyənlər var. Mən bunu qəbuledilməz hesab edirəm”.

 

Qeyd edək ki, Silvio Berluskoni baş nazir olduğu müddətdə Putinlə yaxın münasibətlər qurub və onun rəhbərliyini tərifləyib və  İtaliyanın indiki Rusiya qazından asılılığını təmin edən enerji müqavilələrinin bağlanmasına kömək edib.

 

Xatırladaq ki,  sentyabrın 25-də  İtaliyada baş nazirlik uğrunda mübarizə  üçün ümumi seçkilər  keçiriləcək . İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin də seçkilərin sonunda partiyası “Forza Italia” ilə koalisiyaya daxil olacağı gözlənilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...