Qorxaq və zəif olduğu üçün ələ salırdılar - Boks dünyasının LİDERİ

Qorxaq və zəif olduğu üçün ələ salırdılar - Boks dünyasının LİDERİ

O, dünya boksunun lideri hesab edilir. Son illərin ən titullu və məşhur idmançısıdır. Bir çox idman pərəstişkarlarının fikrində boks birmənalı olaraq Taysonun adı ilə bağlıdır. Siz yəqinki Mayk haqqında kifayət qədər məlumata maliksiniz.


Lakin bu gün Sfera.az sizin üçün Mayk Tayson haqqında fərqli və maraqlı məlumatları təqdim edir.


Mayk Tayson 30 iyun 1966-cı ildə Nyu Yorkda anadan olub. Valideynləri - Jimmy Kirkpatrick və Lorna Smith Brooklyn əyalətində yaşayırdılar. Jimmy Maykın doğma atası deyildi. Əsl atası onları Maykl doğulmadan öncə tərk etmişdi, lakin gələcək boksçunun soyadı bioloji atasının idi.

 

İnanmaq çətin də olsa, uşaqlıqda Mayk Tayson çox qorxaq və zəif bir uşaq olub. Bütün qonşu uşaqlar onu lağa qoyurdular və hətta doğma qardaşları da buna görə ondan bezmişdilər. Amerikanın zəncilər yaşayan, daimi dava-qarğaşalar olan məhəlləsində bu cür uşaq sadəcə dözülməz idi. Hər şey birdən-birə dəyişdi. Bəlkə də balaca Mayk dava-dalaşlara dözməkdən bezdi. Bu xoşagəlməz hal onun üçün əslində çox gözəl başlanğıc oldu. Yerli xuliqanlardan biri onun gözlərinin qabağında göyərçinin boynunu üzdü. 10 yaşlı Tayson həmin oğlanın üzərinə şığıdı və onu çox pis, ağır xəsarətlər yetirərək döydü.


O andan etibarən, küçədəki oğlanların hər biri Mayka qoşulmaq üçün can atırdılar. Üstəlik, məhəllələr arasında toplanan xəraclardan pay götürmək Mayka xoş gəlirdi. Məhz bundan sonra o, uşaq ikən mağaza qarət etmək, cibgirlik və s. öyrəndi. Dəfələrlə polis tərəfindən həbs edildi və yetkinlik yaşına çatmayanlar üçün müxtəlif islah müəssisələrinə göndərildi. Ancaq bütün bu hadisələr Taysonun gələcək taleyində müstəsna rol oynadı. Həmin illərdə Məhəmməd Əli bu kimi yerləri tez-tez ziyarət edir, gəncləri düzgün yola yönəltmək istəyirdi. Bu görüşlərin birində Maykla Məhəmməd Əli arasında ünsiyyət yarandı  Boks əfsanəsi ilə söhbətdən sonra Mayk da bu idman növünü seçməyə qərar verdi.

Boksda ilk addımlar

13 yaşında, Mayk Tayson çətin tərbiyə olunan yeniyetmələr üçün nəzərdə tutulmuş məktəbə verildi. Keçmiş boksçu Bobby Stewart bu qurumda bədən tərbiyəsi müəllimi kimi çalışırdı. O, Maykla məşğul olmağa razılıq verdi. Bunun müqabilində isə Maykdan intizamı pozmayacağına və dərs fənlərində də göstəricilərini düzəldəcəyinə söz verməsini istədi. Mayk məşqçisinin şərtləri ilə razılaşdı və çox qısa zamanda tamamilə çalışqan tələbəyə çevrildi.


Bundan sonra Mayk çox yüksək nəticələr qazanmağa nail oldu. Bobby Stewart şagirdinə bacardığı hər şeyi verdiyini başa düşdü. Onu daha da inkişaf etdirməyin lazım olduğunu düşündüyündən əfsanəvi məşqçi D'Amatoya Maykı tövsiyə etdi. Sonradan perspektivli boksçu və dünya çempionu olan
Maykın yetişməsində bu iki şəxsin əvəzsiz rolu olub.


Həvəskar boksda karyera


Rinqə ilk dəfə Mayk 1981-ci ildə 15 yaşında çıxdı. İlk illərdə altı döyüş keçirib, beşi qazandı. Dözümlülük və fiziki ölçülərinə görə dərhal "tank" ləqəbi qazandı. Bir ildən sonra yeniyetmə gənclər arasında Olimpiya Oyunlarında iştirak etdi. Gənclər arasında olimpiada rekorduna məhz ilk dəfə Mayk imza atdı. İlk döyüşündə rəqibini nakauda göndərdi. Bu hal cəmi 8 saniyə ərzində baş verdi.


Qızıl mükafatın qalibi oldu.


Sonrakı illərdə Mayk qələbələrə imza atmağa davam etdi. Onun əsas məqsədi Los-Ancelesdə (1984) "Yeniyetmələr" olimpiadasında çıxış etmək idi. Ancaq bu dəfə şansı gətirmədi. Həlledici mübarizədə Henri Tillman ilə görüşdə Mayk irəlidə olsa da rəqibini “uçurtsa” da, Tillman güclə özünə gəlsə də hakimlər ona qələbə qazandırdılar. Bu qərarı tamaşaçılar fitlə qarşılasa da, hakimin qərarına təsir göstərə bilmədilər.


Sonradan Mayk Tayson Tillmandan qisas alacaqdı.


20 yaşı olduqda məşqçisi D'Amato dünyasını dəyişir.


Elə həmin il böyük sarsıntıdan sonra Tayson boks tarixində ağır çəkidə ən gənc dünya çempionu olur.


Bir müddət ağır çəki ilə problemlər yaşayan əfsanəvi boksçu hal-hazırda güclü və fəqli rejimə riayət edir, vegeteriandır.


Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...