Bolqarıstanda fövqəladə vəziyyət elan edildi

Bolqarıstanda fövqəladə vəziyyət elan edildi

Bolqarıstanın iki rayonunda miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Bolqarıstanın daxili işlər naziri vəzifəsini icra edən İvan Demerdiev miqrant axını ilə əlaqədar Bolqarıstanın iki əyalətində fövqəladə vəziyyət elan edib.


Svilenqrad və Topolovqrad Haskovo bələdiyyələrində fövqəladə vəziyyət sentyabrın 29-dək qüvvədə olacaq.


Demerdievin sözlərinə görə, bu, Türkiyə-Bolqarıstan sərhədində insan itkiləri, əhalinin əmlakı, ölkə iqtisadiyyatına, habelə ətraf mühitə dəyən zərərin qarşısını almaq məqsədi daşıyır.


Miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət daha iki sərhəd bölgəsində - Burqas və Cambolda tətbiq oluna bilər.


Bolqarıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, 2022-ci ilin əvvəlindən bu günə qədər 104 minə yaxın insan Türkiyə ilə sərhədi keçməyə cəhd edib ki, bu da ötən illərlə müqayisədə təxminən 3,5 dəfə çoxdur.

 

Təkcə bu həftə Bolqarıstan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən miqrantların sayı 5254 nəfərdən 5864 nəfərə yüksəlib.


Eyni zamanda, Bolqarıstan hakimiyyəti yaxın günlərdə ölkədə qeyri-qanuni miqrantların sayında artım olmaması üçün əlavə tədbirlər planı nəzərdə tutur.

 

Xatırladaq ki, Bolqarıstan vətəndaşlarının 72%-dən çoxu miqrantlardan ibarətdir.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...