NASA-da tarixi hazırlıq: Toqquşma bazar ertəsi baş verəcək

NASA-da tarixi hazırlıq: Toqquşma bazar ertəsi baş verəcək

ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) tarixi hazırlıqlara başlayıb.

 

Sfera.az bildirir ki, təşkilat DART kosmik gəmisi vasitəsilə asteroidlərin trayektoriyasını dəyişmək və onların Yerlə toqquşmasının qarşısını almaq üçün ilk sınağını keçirəcək. Amerikalı alimlər mətbuata açıqlama verərək DART layihəsinin bazar ertəsi “Dimorfos” asteroidinə çırpılmağa hazır olduğunu bildiriblər. Mətbuat konfransında danışan NASA Planet Müdafiə Departamentinin əməkdaşı Lindsey Conson DART-ın bir asteroidin trayektoriyasını dəyişdirmək üçün kinetik təsir texnikasını sınayacağını bildirib.

 

Qeyd olunub ki, diametri 160 metr olan “Dimorfos” asteroidi Yerdən 6 milyon mil məsafədə yerləşir və planetimiz üçün heç bir təhlükə yaratmır. Lakin elm adamları, mümkün asteroid təhlükəsini aradan qaldırmaq məqsədilə DART kosmik gəmisinin asteroidlə toqquşmasını təmin edəcəklər və bununla da “Dimorfos”un hazırkı trayektoriyasının dəyişib-dəyişmədiyi yoxlanılacaq. 

 

Qeyd edək ki, Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından “SpaceX Falcon 9” raketi ilə buraxılan kosmik gəmi saatda 24.000 kilometr sürətlə “Dimorfos”la toqquşacaq.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR