Avro dollar qarşısında nə qədər ucuzlaşa bilər?

Avro dollar qarşısında nə qədər ucuzlaşa bilər?

Bu gün beynəlxalq birjalarda avro/dollar məzənnəsi bir qədər də düşərək 0,976 olub. Avronun dollar qarşısında ucuzlaşmasına FED-in qərarından sonra dolların bahalaşması təsir edib. FED (ABŞ mərkəzi bankı) ölkədə yüksək inflyasını azaltmaq üçün dolları bahalaşdırır və nəticədə avro ucuzlaşır. Hazırda FED-in faiz dərəcəsi 3,25-3,5 həddindədir. ABŞ ekspertləri 2023-cü ildə də faizlərin artırılacağını və faiz dərəcəsinin 4,6-ya çatacağını istisna etmirlər. Bu vəziyyətdə dolların bahalaşması, avronun isə bir qədər də ucuzlaşması gözlənilir. 


Bundan sonra avro dollar qarşısında daha nə qədər ucuzlaşa bilər? 


Sfera.az bildirir ki, mövcud məzənnə 2002-ci ildən sonra qeydə alınan ən aşağı məzənnədir. ABŞ ekspertləri dolların bahalaşmağa davam edəcəyi ehtimalı daxilində avronun 2000-2001-ci illərdə olduğu kimi daha aşağı həddə qədər ucuzlaşacağını mümkün hesab edirlər. 


Xatırladaq ki, həmin illərdə bir avro 0,85 dollara dəyişdirilirdi. Başqa sözlə, bir dollara 1,17 avro almaq mümkün idi. 

 

Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR