ABŞ-ın nəhəng gəmisi Cənubi Koreya sahillərində göründü – Səbəb

ABŞ-ın nəhəng gəmisi Cənubi Koreya sahillərində göründü – Səbəb

ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisi "USS Ronald Reagan" dörd ildən sonra ilk dəfə Cənubi Koreyada görünüb.

 

Sfera.az bildirir ki, səlahiyyətlilər nəhəng gəminin bu səhər ölkəyə gəldiyini və Şimali Koreyaya açıq bir mesaj göndərməyi planlaşdıran güc nümayişində digər hərbi gəmilərə qoşulmaq üçün dayandığını söyləyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri Maykl Donnelli jurnalistlərə açıqlamasında bildirib ki, səfər çoxdan planlaşdırılıb və Cənubi Koreya müttəfiqləri ilə əlaqələri artırmaq üçün nəzərdə tutulub. Jurnalistlərin Şimali Koreya ilə bağlı sualını cavablandıran Donnelli deyib ki, ABŞ-Cənubi Koreya birgə təlimi müttəfiqlərin istənilən vaxt, istənilən yerdə təhdidlərə cavab verməsini təmin etmək məqsədi ilə keçirilib.

 

Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya yeddinci nüvə sınağını keçirmək ərəfəsindədir. Bu dəfə onlar Cənubi Koreyaya qarşı mümkün münaqişədə istifadə oluna biləcək daha kiçik, ön xətt nüvə silahını sınaqdan keçirə bilərlər. Bu baxımdan vurğulanıb ki, Seul daha çox risk altında görünür və Cənubi Koreyanın paytaxtının müdafiəsi təlimdəki əsas ssenarilərdən biridir. İki ölkə arasında keçiriləcək təlimin isə son zamanların ən böyük döyüş təlimi olacağı gözlənilir.

 

Qeyd edək ki, Şimali Koreya ABŞ-ın əvvəlki hərbi yerləşdirmələrini və birgə təlimləri müharibə üçün məşqlər kimi qiymətləndirib. Lakin son təlimlə bağlı hələlik şərh verməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR