Rusiyaya birləşmək haqda referendumlar başladı - Silahlı qruplar qapı-qapı gəzərək...

Rusiyaya birləşmək haqda referendumlar başladı - Silahlı qruplar qapı-qapı gəzərək...

Bu gün Luqansk, Donetsk, Xerson və Zaporojya bütün dünyada kəskin reaksiyalara səbəb olan referendumlar başlayıb.

 

Sfera.az bildirir ki, səhər saat 08:00-dan etibarən sözügedən bölgələrin Rusiyaya birləşdirilməsi üçün səsvermə prosesinə start verilib. Digər tərəfdən Luqansk meri Sergey Haydai “Telegram” hesabında yazıb ki, Rusiya qüvvələri sakinləri səs verməyə məcbur edir.

 

“Bizə çatan məlumata görə, işğalçılar öz silahlı dəstələri ilə qapı-qapı gəzərək insanları referendumda iştirak etməyə məcbur edirlər”, - Haydai bildirib.

 

Qərb mətbuatında yer alan xəbərə görə, referendumla əlaqədar sentyabrın 23-dən 27-dək yerli əhalinin şəhəri tərk etməsi qadağan edilib. Bəzi biznes qurumları referendumda iştirak etməyən insanların işdən qovulacağını açıqlayıb, yerli sakinlərə isə səsvermədə iştirak etdiklərinə görə mükafatlar təklif olunduğu bildirilib.

 

Qeyd edək ki,  NATO, BMT, ATƏT kimi təşkilatlar, ABŞ və Fransa daxil olmaqla bir çox Avropa ölkələri sözügedən referendumun qeyri-legitim və qeyri-qanuni olduğunu vurğulayırlar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR