Hadisənin 3 milyonluq üzük şousu - Gündəmə damğa vurdu

Hadisənin 3 milyonluq üzük şousu - Gündəmə damğa vurdu

Bu yaxınlarda boşanmağa qərar verən Hadisənin konsert zamanı səhnəyə atdığı üzük gündəmə damğasını vurub.

 

Günlərdir sosial media və şou-biznes aləmində müzakirələrə səbəb olan mövzu ətrafında söz-söhbət səngimək bilmir. 3 milyon lirə dəyəri olduğu deyilən üzüyün aqibəti hər kəsi maraqlandırır.

 

Bəs, doğrudanmı Hadisə Mehmet Dinçərlərin hədiyyəsi olan 3 milyon lirəlik üzüyü atıb? Bahalı üzük haradadır?



Sfera.az xəbər verir ki, Hadisənin barmağından çıxarıb atdığı üzüyün feyk olduğu üzə çıxıb. Müğənninin stilisti həmin üzüyü sadəcə sənətçinin geyiminə uyğunlaşdırıb. Üzüyün heç bir maddi dəyəri yoxdur.


Sənətçinin boşanma ərizəsi mövzusuna belə daxil olan sözügedən üzüyü evindəki seyfdə saxladığı öyrənilib.


Xatırladaq ki, Mehmet Dinçərlər ilə 4 aylıq evliliyini sonlandırmağa qərar verən Hadisə hər kəsi təəccübləndirmişdi. Öz növbəsində Hadisədən toya aldığı zinət əşyalarını geri istəyən Mehmet Dinçərlər sosial media istifadəçilərinin qınağına tuş gəlib. Dinçərlər hətta şərhlərin nəticəsində hesabını bağlamaq məcburiyyətində qalmışdı.


Qeyd edək ki, cütlüyün boşanma xəbərlərinin ardından söz-söhbət səngimək bilmir. Hadisənin psixoloji şiddət və sənət həyatına maneə törətdiyinə görə dözə bilməyib Dinçərlərdən boşanma qərarına gəldiyi deyilir. Dərhal ardından Mehmet Dinçərlərin sosial media fenomeni Kerimcanla münasibəti haqqında xəbərlər mediaya yayılıb. İkilinin bir-birini öpən yerdə poz verib çəkdirdikləri şəkil isə gündəm olub.


Aynil


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...