İranın da kriptovalyutası olacaq

İranın da kriptovalyutası olacaq

İran Mərkəzi Bankı rəqəmsal pul buraxacaq. 


Sfera.az “investing.com” saytına istinadən xəbər verir ki, “kripto rial” adlandırılacaq pula İran böyük ümid bəsləyir. 


İran Mərkəzi Bankının rəsmiləri hesab edirlər ki, rəqəmsal valyuta layihəsi milli valyuta riala nəzarəti artıracaq və maliyyə bazarlarına yeni imkanlar açacaq.


Məlumata görə, İranın rəqəmsal valyutası ABŞ-ın texnologiya nəhəngi IBM tərəfindən yaradılan “Hyperledger Fabric” vasitəsilə hazırlanan “Borna” adlı platformada işləyəcək. İran rəsmiləri kripto rialın yüksək təhlükəsizliyə malik olacağını deyirlər. 


İran Mərkəz Bankının sədri Əli Salenhabadi mövzu ilə bağlı verdiyi açıqlamada kripto rialın infrastruktur və qaydalarının hazır olduğunu, rəqəmsal vəsaitin əskinas və sikkələrlə birlikdə yeni milli valyuta olaraq görüləcəyini bildirib.


Şərhlərə görə, İranın kripto valyuta tədavül etməkdə məqsədi ABŞ-ın sanksiyalarından yayınmaqdır. Keçən ay idxal əməliyyatlarında kriptovalyutaların istifadəsinə icazə verən İranda avqustun əvvəlində kripto aktivlərdən istifadə edilərək 10 milyon dollar idxal edilib.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı...

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...