Bayden Rusiyanı BMT nizamnaməsini pozmaqda ittiham etdi: "Bütün dünya bu cinayətləri görməlidir"

Bayden Rusiyanı BMT nizamnaməsini pozmaqda ittiham etdi:

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində “referendum” keçirməklə bağlı yeni planlarının və səfərbərliklə bağlı qərarının BMT nizamnaməsinin pozulması kimi qiymətləndirib.



Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Co Bayden öz çıxışında bildirib. O, BMT Təhlükəsizlik Şurasına üzv dövlətin başqa bir suveren dövlətin ərazisinə soxularaq onu xəritədən silməyə cəhd etməsinin yolverilməz olduğunu xatırladıb.



"Rusiya səfərbərlik elan edib və saxta referendum təşkil etməyə çalışır. Bu BMT nizamnaməsinin birbaşa pozulmasıdır. Bütün dünya bu cinayətləri görməlidir. Biz dəfələrlə Rusiyanı müharibəni dayandırmağa səsləmişik” - deyə Bayden vurğulayıb.



Amerika prezidentinin sözlərinə görə, əgər Rusiyanın əməllərinə məhəl qoyulmasa, o zaman BMT-nin müdafiə etdiyi hər şey təhlükə riskinə daxil olacaq.



“Biz BMT-nin hər bir üzvünün müdafiə etdiyi prinsipləri müdafiə edirik” - Bayden bildirib.



Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu gün sentyabrın 21-də ölkədə “qismən səfərbərlik” elan edib.



Aynil


OXŞAR XƏBƏRLƏR