Alpinistələrə meydan oxuyan HƏRBÇİ - FOTOLAR

Alpinistələrə meydan oxuyan HƏRBÇİ - FOTOLAR

Dünyanın ən yaxşı alpinistlərindən biri Nirmal Purjanın həyatının çox hissəsi hərb və ordu ilə bağlıdır.

 

Nepalın Myagdi rayonunda anadan olan Nirmal uşaqlıq illəri ölkənin düzənlik ərazisindəki Çitvanda keçib.


Nirmalın uşaqlığı Himalayın dağlıq ərazilərindən uzaqda keçməsinə baxmayaraq o, həyatının çox hissəsini fəth etməsi imkansız görünən yüksəklikləri aşmağa sərf edib.


İlk dəfə 2003-cü ildə Qurxalar Briqadasına üzv olan Nirmal bir neçə il sonra Britaniya Dəniz Donanmasına qoşulan ilk Qurxa olub



Britaniya Dəniz Donanmasında olduğu müddətdə Nirmal alpinizmə maraq göstərməyə başlayıb.



Peşəkar olmamasına rəğmən, 2012-ci ildə ilk dəfə Lobuche East zirvəsini fəth etməyi bacarıb.


Bununla Alpinizmə həvəsi artmağa başladı və cəmi iki il sonra o, 15 gün ərzində 8000 m hündürlüyü olan Dhaulagiri zirvəsinə qalxıb.



2016-cı il mayın 13-də Everest zirvəsini fəth edib.

 


2017-ci ildə Qurxaların Britaniya Ordusunda fəaliyyətinin 200 illiyini qeyd etmək üçün 13 Qurxadan ibarət komanda ilə birlikdə zirvəyə çıxararaq rekord etməyə nail olub. Bu onun alpinist karyerasında əldə edəcəyi çoxsaylı rekordlardan ilki idi


Bundan sonra Nirmal öz möhtəşəmliyi və əzəməti ilə bütün alpinistlərin marağını cəlb edən, lakin indiyədək fəth edilməsi mümkün olmayan zirvələrlə maraqlanmağa başlayıb.


Cəmi beş gün sonra bu maraq Everestin ən hündür zirvəsi olan Lhotse və Makalunu fəth etməklə tamamlanıb.



Bu Nirmal Purjanın indiyə qədər imza atdığı ən rekord hədd olub.

 


2018-ci ildə Nirmal alpinist karyerasına görə ordudan ayrılmağı seçib.

 


Həmin il alpinist olaraq əldə etdiyi müvəfəqqiyyətlərə görə MBE mükafatına layiq görülüb.



Hərbi qulluqdan ayrıldıqdan sonra ilk qarşısına qoyduğu məqsəd yeddi ay ərzində hündürlüyü 8000 m-dən çox 14 ən yüksək zirvəni fəth etmək olub. Bu məqsədinə altı ay altı gündə nail olmaqla o həm də dünyanın üç ən yüksək zirvəsini fəth edib. Eyni zamanda yeni bir dünya rekorduna imza atıb.



16 yanvar 2021-ci ildə Nirmal yeni bir rekorda imza atıb. Doqquz nepallı alpinistlə birlikdə sərt hava şəraitində Everestin ən ucqar K2 zirvəsini fəth edib.


Aynil


OXŞAR XƏBƏRLƏR

İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı...

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...