Türkiyənin kurort şəhərində meşə yanğını başladı - VİDEO

Türkiyənin kurort şəhərində meşə yanğını başladı - VİDEO

Türkiyənin kurort şəhəri Muğlada meşəlik ərazidə yanğın başlayıb.

 

Sfera.az Anadolu-ya istinadən xəbər verir ki, Marmaris rayonunda naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə daha geniş əraziyə yayılıb.

 

Təbii fəlakət bölgəsinə 15 helikopter, səkkiz təyyarə, 40 yanğınsöndürən maşın, 500 meşə işçisi cəlb edilib.

 

Səmanı bürüyən tüstü rayon mərkəzinin bir çox nöqtəsindən görünür.

 


OXŞAR XƏBƏRLƏR