Hələ də sirri açılmamış möcüzəli tapıntı - “Bağdad batareyası”

Hələ də sirri açılmamış möcüzəli tapıntı - “Bağdad batareyası”

Dünyanın ən maraqlı və ən çox haqqında danışılan kəşfi - “Bağdad batareyası” və ya başqa adla “Parfiya batareyası”dır.


Sfera.az xəbər verir ki, “Bağdad batareyası” 2500 yaşa malik tapıntı hesab olunur.


1936-cı ildə İraq Milli Muzeyinin direktoru, arxeoloq Vilhelm Köniq tərəfindən paytaxt Bağdada yaxın məsafədə Hucut Rab kəndi yaxınlığında tapılıb.
Bəs 2500 illik tarixi olan bu əşyadan batareya kimi istifadə edildiyinə dair qənaətə necə gəliblər? Qədim insanların elektrik enerjisinə tələbatı necə yaranıb ?

 

Batareya ilə işləyən cihazlar da var idimi?



Aparılan tədqiqatlar bu əşyadan batareya kimi istifadə edildiyini sübut etsə də, qədim xalqların ibtidai şəraitdə yaşadığına dair bütün nəzəriyyələri də əsassız qoyur.
30-cu illərdən başlayaraq “Bağdad batareyası” haqqında bir sıra elmi jurnallarda yazılar gedir, alimlər araşdırma edirdilər.



Məşhur araşdırmaçı Pol Keyzer isə batareyadan tibbi məqsədlər - anesteziya üçün istifadə edildiyini qeyd edirdi.



Hündürlüyü 13 sm olan küp şəkilli torpaq qabın içinə yerləşdirilmiş mis silindir, onun ətrafında olan dəmir çubuq və küpün ağzını bağlamaq üçün istifadə olunan asfaltdan (bitiumdan) ibarətdir.



Ağız hissəsi asfaltla örtülmüş bu torpaq qabın içində mis boru var. Alt hissədən mis diskə bağlanmış bu borunun içində dəmir çubuq üst tərəfdəki asfalt qapağa bərkidilmişdir. Çubuq borunun içinə doğru sallanmış vəziyyətdədir, ancaq heç bir nöqtə ilə birləşmir.



Qabı elektrolidlə doldurduqda isə elektrik axını hasil edən batareya əldə edilir. Bu elektrokimyəvi reaksiya adlanan prosesdir və dövrümüzdəki batareyaların iş mexanizmindən heç bir fərqi yoxdur.



Dünyada hələki ən qədim batareya hesab olunan bu batareya 2 volt gərginliyində enerji verə bilmə özəlliyinə də malikdir.



Qeyd edək ki, bu batareya tapılana qədər dünyada ilk batareyanın kəşfi, 19-cu əsrdə batareya hazırlamış italiyan alimi Alessandro Voltanın adi ilə bağlı idi.


Aynil


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...