Biləsuvarda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Hadisə
23:29 / 19.09.2022
20630
Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az apa-ya istinadən xəbər verir ki, köhnə Ələt-Astara avtomobil yolunun şəhərindən keçən hissəsində Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Qasımov Qardaşəli Malik oğlunu "VAZ-2106" markalı minik avtomobili vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.