LGBT-yə görə Aleyna Tilkinin konserti ləğv edildi

LGBT-yə görə Aleyna Tilkinin konserti ləğv edildi

Sosial media hesabından LGBTİ əleyhinə yürüşə qarşı mesaj paylaşan Aleyna Tilkinin Çorumdakı konserti ləğv edilib.


Aleyna Tilki Twitter hesabında : “Sizcə də cəmiyyətdə yaratdığınız ayrı-seçkilik bumeranq deyilmi? İnsanların emosional duyğuları və seçimlərinə etiraz təbiətə qarşı gəlməkdir! Mental zehniyyətlər çox qorxuncdur” kimi ifadələr işlətmişdir.


Bundan sonra Osmancık Bələdiyyəsi, Aleyna Tilkinin 24 Sentyabr şənbə günü 2022 İncəsənət Festivalı çərçivəsində keçiriləcək konsertinin ləğv edildiyini açıqlayıb:


“Şəhərimiz zəngin tarixə və sivilizasiyaya malik mədəniyyət şəhəridir. Osmancıklılar sənətə, sənətçiyə böyük dəyər verirlər. Lakin müğənni Aleyna Tilkinin 17.09.2022-ci il tarixində işlətdiyi ifadələr və sosial şəbəkələrdə mədəni irsimizə sığmayan açıqlamalar xalqımız tərəfindən üzüntü və qəzəblə qarşılanıb. Bununla əlaqədar Sentyabrın 24-ü keçirilməsi nəzərdə tutulan konsert bu gündən etibarən ləğv edilib”.


OXŞAR XƏBƏRLƏR