Atasını və anasını çəkiclə öldürdü, cinayəti videoya çəkdi – Turistdən qandonduran hərəkət

Atasını və anasını çəkiclə öldürdü, cinayəti videoya çəkdi – Turistdən qandonduran hərəkət

Rusiyalı turist Türkiyədə istirahətdə olarkən atasını və anasını çəkiclə döyərək cinayəti lentə alıb. 


Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin DHA agentliyi məlumat yayıb.


Agenliyin məlumatına görə, Türkiyənin Antalya şəhərindəki beşulduzlu otellərdən birində istirahət edən rusiyalının naməlum səbəbdən yaşlı valideynləri ilə münaqişəsi yaranıb. Mübahisə zəminində gənc oğlan çəkiclə atasına hücum edərək onu öldürüb. Daha sonra o, anasını ağır yaralayıb. Sonda qatil onların hər ikisini məftillə boğub. Dəhşətlisi isə odur ki, cani, baş verən hər şeyi videoya çəkib.


Valideynlərinin qışqırıqlarının eşidilməməsi üçün turist otaqda musiqinin səsini qaldırıb. Hadisədən sonra isə o, oteldən çıxaraq naməlum istiqamətə qaçıb.


Mütəxəssislər müəyyən ediblər ki, rusiyalı ata aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Ağır xəsarət alan ana özəl xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.


Türkiyə hüquq-mühafizə orqanları rusiyalının tutulması üçün əməliyyata başlayıb. Psixi pozğunluğu olduğu iddia edilən şəxsin fotoları həm Antalya jandarmasına, həm də yerli polisə paylanıb.


Vasif,
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...