İngilis valyutasından 37 ildən sonra REKORD UCUZLAŞMA

İqtisadiyyat
15:33 / 19.09.2022
24776
2022-ci ildə funt/dollar məzənnəsi 16% düşərək 1,135-ə çatıb.
Sfera.az xəbər verir ki, iki valyutanın məzənnəsində belə aşağı səviyyə sonuncu dəfə 1985-ci ildə müşahidə edilib.
Xarici analitiklərin fikrincə, paritetin azalmasına qlobal bazarlarda dolların bahalaşması və sterlinqin ucuzlaşmasının təsiri güclüdür.
Böyük Britaniyada inflyasiyanın yüksək olması da milli valyutanı ucuzlaşdırır. Ölkədə avqustda illik inflyasiya 9,9% təşkil edib. Bu, son 40 ildə ən yüksək inflyasiya səviyyəsidir. Ölkədə yüksək inflyasiyanın olmasına baxmayaraq, İngiltərə Mərkəzi Bankı faizləri artırmır. Sonuncu dəfə ötən ilin dekabrında faizlər artmışdı. Faizlərin artırılmaması sterlinqin məzənnəsinə mənfi təsir edir.
Vasif,
Sfera.az