Dmitri Peskov: “Bütün dünyaya hakim olmaq…”

Dmitri Peskov: “Bütün dünyaya hakim olmaq…”

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə çinli həmkarı Si Cinpinqin görüşündən danışıb.

Sfera.az bildirir ki, o, Moskva ilə Pekin arasındakı münasibətlərə toxunub. Peskov "Rossiya 1" kanalında yayımlanan proqramda "Rusiya və Çin ikitərəfli münasibətlərini həyata keçirərkən bütün dünyaya hakim olmaq iddiasında deyillər", deyə söyləyib.

 

“Əslində bilirik ki, başqa ölkələrdə də belə bir tendensiya var”, deyən Peskov heç bir dövlətin adını çəkməyib: “Rusiya və Çinin “ABŞ-dan qaynaqlanan müxtəlif təxribatçı hərəkətlərə” münasibətində tam oxşarlıq var. Hər iki ölkə Vaşinqtonun sabitliyi pozan davranışını qəbuledilməz hesab edir”.

 

Qeyd edək ki, Özbəkistanda Si ilə görüş zamanı Putin münaqişədə "balanslı" mövqe tutduğuna görə Çin liderinə təşəkkür edib. Rusiya lideri Çinin müharibə ilə bağlı narahatlığını anladıqlarını da bildirib. Si həmçinin Tayvanla bağlı mövqeyinə görə Moskvaya təşəkkür edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR