Avropada böhran nə qədər davam edəcək? – İqtisadçılardan proqnozlar

İqtisadiyyat
14:49 / 19.09.2022
22905
“Bloomberg” avrozonada böhran ehtimalı ilə bağlı avropalı iqtisadçılar arasında sorğu keçirib.
Sfera.az xəbər verir ki, sorğuya qatılan iqtisadçıların 80 faizi avrozona ölkələrində böhran riskinin böyük olduğunu və növbəti 12 ayda ardıcıl iki rüb iqtisadiyyatın kiçiləcəyini bildirib. Əvvəlki sorğuya qatılanların isə 60 faizi belə bir riskin olduğunu qeyd etmişdi.
Avropada ən böyük iqtisadiyyata Almaniya sahibdir. İqtisadçılar növbəti rübdən etibarən alman iqtisadiyyatının kiçilməsini real hesab edir.
İqtisadçıların fikrincə, Avropada iqtisadi böhrana enerji çatışmazlığı səbəb olacaq.
Digər tərəfdən yüksək inflyasiyanın tələbi zəiflətməsi də iqtisadi böyümə imkanlarını azaldır.
Vasif,
Sfera.az