Payız qripinə yoluxmamaq üçün nə etməli? – Həkim məsləhəti

Payız qripinə yoluxmamaq üçün nə etməli? – Həkim məsləhəti

Ölkədə hava şəraitinin dəyişkən keçməsi infeksion xəstəliklərə yoluxma hallarının artmasına səbəb olur. Payız fəslinə bir neçə gün qalmış isə xüsusilə qrip virusu gündəmdə olur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən həkim-anestezioloq Şahin Məmmədov deyib ki, qripə yoluxanların çoxunun burnu axır, əzələ ağrılarından şikayətlənirlər. Mütəxəssis bu istiqamətdə vətəndaşlara tövsiyələr də verib:

 

“Bu dövrdə bol maye içmək lazımdır. Burun tutulursa, maye daha da artırılmalıdır. Burun tənəffüsünü bərpa edən dekongentsantlardan yalnız məcbyriyyət halında - təcili hallarda istifadə etmək olar. Amma o damcıların çox istifadəsi sağalmanı gecikdirəcək. Boğaz ağrısı varsa, ibuprofen, aspirin ya parasitamolla ağrını kəsmək, xlorheksidin qarqara ya xlorheksidin sprayindən istifadə etmək olar. Toyuq supu, banan, əks göstəriş yoxdursa,  bal, limon, doşab, zoğal, moruq mürəbbəsi yaxşıdır. Kalorisi yüksək qidalar yemək olar - məsələn düyü, əriştə, xəngəl, düşbərə, meyvələr və.s. Kökəlməkdən narahat olmaq lazım deyil. İmmun sisteminə bol enerji lazımdır, əgər lazımi kalori alınmazsa, sağalma gecikəcək”.

 

Mütəxəssis bildirib ki, bu müddət ərzində idmana getmək olmaz:

 

“Həm virusu orada yaymış olarsınız, həm də enerji itkisi yolverilməzdir. Virusa yoluxan şəxsə istirahət lazımdır, əlbəttə,  bütün gün uzanmağı nəzərdə tutmuram. Yüngül gəzinti də önəmlidir. Enerji içkiləri, kofe, spirtli içkilər, şirniyyat qəbulu olmaz. Bunlar sidikqovucudur, suyu bədəninizdə azaldacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR