Nənədən müraciət: “Anası nəvəmə işgəncələr verir...” - FOTOFAKT

Nənədən müraciət: “Anası nəvəmə işgəncələr verir...” - FOTOFAKT

Azərbaycanda ana uşağına qarşı zorakılıq tətbiq edib.

 

Bu barədə Sfera.az-a Qadın və Uşaq Sığınacağından məlumat verilib. Qeyd olunub ki, uşağın anası 13 yaşında bir oğlana qoşulub qaçıb və 16 yaşında evlənərək övlad sahibi olub:

 

“Gənc qadın övladı olandan sonra uşaq baxılması üçün nənəyə verilib. Nənə uşağı böyüdüb boya başa çatdırsa da, qızı hər dəfə uşağı götürərək zorakılıq tətbiq edib və geri göndərib. Nənə bildirir ki, uşağı sonuncu dəfə ondan götürərək aparıblar. Uşaq yolda avtomobildən düşərək qaçmaq istəyərkən onu işgəncələrə məruz qoyublar”.

Birlikdən bildiriblər ki, nənə Səbail Rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə müraciət etsə də, şikayəti cavabsız qalıb: “Hazırda uşaq nənənin yanında olsa da, hər an qorxu içində yaşayır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR