Azərbaycanda qiyabi məktəblərin sayı azaldılır - SƏBƏB

Təhsil
13:57 / 17.09.2022
28182
Azərbaycanda son illərdə qiyabi ümumtəhsil məktəblərinin və burada təhsil alan şagirdlərin sayı azaldılır.
Sfera.az xəbər verir ki, 2000-ci ildə 13 qiyabi ümumtəhsil məktəbi olduğu halda onların sayı hazırda 5-dir.
Məktəblərin sayının azalmasına təsir edən əsas faktor şagirdlərin sayının azalmasıdır. 2000-ci ildə bu məktəblərdə 36 min şagird təhsil alırdısa, ötən ilin yekunlarına görə, onların sayı 754 nəfərə enib.
Qiyabi məktəblərdə təhsil alanlar əsasən, 10 və 11-ci sinif şagirdləridir. Müqayisə edilən dövrdə 10 və 11-ci sinif şagirdlərinin sayı 34 min nəfərdən 528 min nəfərə qədər azalıb.
Vasif,
Sfera.az