Livan ermənilərinin səfirliyimizə hücumu: niyə aqressivləşiblər? - Millət vəkili səbəbi AÇIQLADI

“Laçın şəhərində 30 ilik erməni işğalı müddətində livanlı erməni ailələrin məskunlaşması faktları var idi. Həmin ərazilərimizin işğaldan azad olması Livanlı erməniləri çox narahat edir və bu aqressiyanı da məhz səfirliyimizə hücumla nümayiş etdirdilər”.
Sfera.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov dünən Livanın paytaxtı Beyrutda Azərbaycanın səfirliyinin binasına ermənilərin hücum faktını şərh edərkən bildirib.
Millət vəkili xatırladıb ki, livanlı erməni iş adamlarının yaratdığı “Ari" fondu 2013-cü ildə uzun müddət işğal altında qalan və bu il işğaldan azad edilən Laçın rayonunun Zabux kəndində qanunsuz olaraq, 150 evdən ibarət qəsəbə salmışdı.
V.Bayramov deyir ki, Zabuxda əsasən, Livandan gətirilən erməni ailələri qanunsuz olaraq yerləşdirilmişdi:
“Zabux bu ilin avqust ayında işğaldan azad olunandan sonra həmin ermənilər də qeyri-leqal yaşadıqları kənddən qaçmalı oldular. Amma Azərbaycan güclüdür və belə “hucumlar” ilə regiondakı düzəni dəyişmək olmaz. Həmin ərazilərimizin tarixi sahibləri olan Azərbaycan vətəndaşları isə tezliklə öz dogma torpaqlarına qayıdacaqlar”.
Vasif,
Sfera.az