Avropada bahalaşma güclənib: Bu ölkələrdə qiymət artımı ikirəqəmlidir

Avropada bahalaşma güclənib: Bu ölkələrdə qiymət artımı ikirəqəmlidir

Bu ilin avqustunda avrozona ölkələrində illik inflyasiya 9,1% olub. 


Sfera.az xəbər verir ki, avqustda isə aylıq inflyasiya 0,6 faiz təşkil edib. 


Avropada yüksək enerji qiymətləri inflyasiyanı yüksəldən əsas amil kimi qiymətləndirilir. Ərzaq və enerji istisna olmaqla baza inflyasiya 4,3% olaraq müəyyən edilib.


Eurostatın məlumatlarına görə, Avropa İttifaqında 2021-ci ildə 3,2% olan inflyasiya avqustda 10,1%-ə yüksəlib.


Regionda ən aşağı bahalaşma Fransa (6,6%), Malta (7%) və Finlandiyada (7,9%), ən yüksək inflyasiya Estoniya (25,2%), Latviya (21,4%) və Litvada (21,1%) müşahidə edilib.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR