Rusiya bu məsələyə görə BMT-yə müraciət etdi: “İcazə verin pulsuz paylayaq”

Dünya
15:23 / 16.09.2022
22431
Prezident Vladimir Putin Rusiya gübrəsinin inkişaf etməkdə olan ölkələrə çatdırılması üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib.
Sfera.az xəbər verir ki, Rusiya gübrə nəqlini təmin etmək məqsədilə BMT-dən Avropa Komissiyasının tətbiq etdiyi sanksiyaların ləğv edilməsini istəyib.
Vladimir Putin deyib ki, Avropa limanlarında saxlanılan 300 min ton rus gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz tədarük etməyə hazırdırlar.
Vasif,
Sfera.az