22 il qüsursuz xidmət etmiş hərbiçi zabitin ailəsi hələ də evsiz-eşiksizdir

22 il qüsursuz xidmət etmiş hərbiçi zabitin ailəsi hələ də evsiz-eşiksizdir


Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il qüsursuz xidmət etmiş, mayor rütbəsi ilə təqaüdə çıxmış, Qarabağ müharibəsi veteranı 4 ailə üzvü ilə kirayədə yaşayır.

 

28 dekabr 2011-ci ildə Respublika Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hərbi Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə Fərman imzalasa da bu fərmanın tələbləpinə məhəl qoyan yoxdur. Həmin Fərmanda açıq-aşkar deyilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Buna baxmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il qüsursuz xidmət etmiş, mayor rütbəsi ilə təqaüdə çıxmış Qarabağ müharibəsi veteranı Ağaismayıl Fərəc oğlu Fərəczadə 4 ailə üzvü ilə kirayədə yaşayır. Qeyd edək ki, A.Fərəczadənin həyat yoldaşı şəkər xəstəsi, qızı 3-cü qrup əlil, oğlu isə hərbi xidmətdədir. Ağaismayıl Fərəczadə ötən ilin avqust ayında Respublika Prezidenti İlham Əliyev cənablarına mənzillə təmin edilmədiyinə görə şikayət məktubu ünvanlasa da indiyədək onun problemi həll edilməyib. Həmin şikayət məktubunu bir daha olduğu kimi dərc edirik.  


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

 

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil 

Usubova


Surəti: Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova

Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi bina 15, mənzil 38-də daimi qeydiyyatda olan Fərəczadə Ağaismayıl Fərəc oğlundan



Ərizə


Hörmətli Prezident!
Hörmətli Nazirlər!

Mən yuxarıda göstərdiyim ünvanda əmimə məxsus 17,8 kv.m. sahəsi olan 1 otaqlı mənzildə, darısqal şəraititdə 4 nəfər ailə üzvümlə birlikdə yaşayıram. Həmin evdə əmim və bibim oğlu da yaşayır. Əgər buna yaşamaq demək mümkündürsə. Baxmayarq ki, uzun müddətdir mənzil növbəsinə dayanmışam, ancaq heç bir irəlləyiş yoxdur.

Qarabağın azadlığı uğrunda gedən müharibə zamanı leytenant rütbəsi ilə döyüşə getmişəm. Qarabağ müharibəsi veteranı statusu almışam. 22 il hərbi zabit kimi Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmət edib mayor rütbəsi ilə 30 dekabr 2015-ci il tarixdə təqaüdə çıxmışam. Qüsursuz xidmətimə görə dəfələrlə orden və medallarla təltif edilmişəm. Ailəliyəm, iki övladım var. Həyat yoldaşım şəkər xəstəsidir, qızım Fərəczadə Jasmin 3-cü qrup əlildir.

Əmimə məxsus 1 otaqlı evdə darısqal, acınacaqlı şəraitdə yaşayırdıq. Müharibə veteranı kimi 25.11.2008-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin 588 № li sərəncamı ilə güzəştli ev növbəsinə dayansam da indiyədək evlə təmin edilməmişəm. Ev şəraitimiz ağır olduğundan ayı 270 manata kirayə evdə yaşamağa məcbur olmuşuq ki, buna görə maddi çətinlik də çəkirik. Həyat yoldaşımın şəkər xəstəsi, qızım Jasminin əlil olması, bir tərəfdən də mənzil problemi bizi çox sıxır.

Bütün bunlara baxmayaraq ümidimi itirməmişəm, ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli, mərhəmətli Prezidenti və Ali Baş Komandanı var. Mən Azərbaycan Respublikasının Daxili Qoşunlarında zabit kimi qulluq etdiyimə görə həmişə fəxr edirəm. Yaşayışım ağır olsa da vətənimə xidmət etdiyimə görə qürür duyuram. Çünki İlham Əliyev kimi diqqətli, qayğıkeş Ali Baş Komandanımız və Prezidentimiz var. Prezident cənab İlham Əliyev Qarabağ müharibəsi iştirakçılarına, xidmətdə fərqlənən hərbçilərin ailələrinə daim diqqət və qayğı göstərib. Buna görə də Prezidentə inanıb bu müraciəti edirəm.
Hörmətli Prezident!
Hörmətli Nazirlər!
Sizdən ailəmin acınacaqlı vəziyyətdə yaşamasını nəzərə alıb mənzillə təmin olunmağımıza kömək etməyinizi xahiş edirəm. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin əmri ilə vətənimizin azadlığı uğrunda vətənini sevən bir hərbiçi zabit kimi canımdan keçməyə həmişə hazıram. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.

17 avqust 2016-cıil İmza: Fərəczadə A. F.


 


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...