“Şagirdlərdə görmə və fizioloji problemləri yaranır” – Həkim

“Şagirdlərdə görmə və fizioloji problemləri yaranır” – Həkim

Rusiyanın tibb elmləri namizədi, Hemotest laboratoriyasının həkim-eksperti Yekaterina Demyanovskaya şagirdlərin üzləşdiyi sağlamlıq problemlərindən danışıb.


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, həkim məktəbdə uşaqlarda görmə və duruşda problemlərin (onurğanın fizioloji əyrilərinin pozulması) yaranmağa başladığını bildirib.

 

O, müsahibəsində məktəbliləri narahat edən digər xəstəliklərin də adını çəkib, həmçinin mütəmadi olaraq tibbi müayinədən keçməyin zəruriliyindən danışıb:

 

“Yay tətilindən sonra uşaqlar dərslər və əlavə məşğələlərə başlayırlar. Bu, onlarda gərginlik yaradır. Bunun nəticəsində uşaqların bədənində fiziki və psixoloji gərginlik artır, soyuqdəymə mövsümü ərəfəsində uşaq qruplarında viruslar sürətlə yayılır”. 


Həkim xatırladıb ki, təhsil fəaliyyətinin özünəməxsus xüsusiyyətləri var, buna görə də, məktəblilərin mütəmadi olaraq oftalmoloq, ortoped, nevroloq və ya psixoloqa müraciət etməsi vacibdir.

 

Yekaterina Demyanovskaya qeyd edib ki, yeni tədris ilinin açılmasından öncə şagirdlər hökmən həkim müayinəsindən keçməli və onların hər birinin sağlamlığı öyrənilməlidir. Həkimin fikrincə, bu, xüsusilə, bədən tərbiyəsi dərsləri üçün vacibdir:

 

“Müəllim dərsdəki fəaliyyəti tələbələrin sağlamlıq qrupuna uyğun və əks göstərişləri nəzərə alaraq planlaşdırır. Əgər uşağın səhhətində problemlər varsa, hər bir valideynin vəzifəsi yük məhdudiyyətlərini həkimlə müzakirə etmək və bu məlumatı məktəbə ötürməkdir”.


Vasif,
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...