Flora Kərimovadan Afətə: "Gülməli və yazıqsan" - FOTO + VİDEO

Flora Kərimovadan Afətə:

Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasındakı gərginlik bitmək bilmir. 

 

Sfera.az xəbər verir ki, bu dəfə Flora Kərimova qalmaqal yaşadığı Fərmanqızı ilə sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi Afətin polis tərəfindən axtarışda olduğunu qeyd edib:

 

"İndiyə kimi başa düşmədin ki, niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olan Ramil Rüstəmov sənə bunun səbəbini izah etməli idi.

 

Afət, bundan sonra ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabının harada bağlanacağını bilirəm. Sən isə iki il əvvəl dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən.

 

Səni canlı efirinə qoşub məşuq şəcərəsini sadalayan, tutulduğuna görə Daxili İşlər Nazirinin sözün eşidilirmiş kimi sırıyıb təşəkkür edib məhkəmədə üzünə durduğuna bloger deyirsən? Sənə çörək verəni öz canlında söyüb günahlandırırdın ki, "Bizi pul verib xaricdə yaşayanlara söydürür”. Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də "Adı məlum olan kişi" deyirsən?

 

Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun.

 

Gülməli və yazıqsan! Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar.

 

Bir "yalvarışını" cavabsız qoymayacam. Dedin "Qorxmursa, versin məhkəməyə" cinayət işin icraatdadır, polisin axtarışındasan! Dedin "Başqa rayon məhkəməsinə gələrəm, Binəqədidəki qurmadır", mülkü işin Nərimanov rayon Məhkəməsində ekspertizadadır. Övladıma və mənə atdığın son yalan, böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın "həyat"ı sənə elə orada başa salacam.

 

290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Təəssüf ki, nə sən daim açıq qalan qapının arasında qalan "quyruqlarını", nə də Nənəcanov buradan Ufaya qədər arxasınca sürünən "buynuzları" görmür! Bu yazını da arvad müsahibəsinə müdaxilə edən "oliqarx ərinə" oxudarsan. Nə demək istədiyimi başa düşərsə, səni özü tez bir zamanda "qazel"lə Bakıya yola salacaq!

 

Bu arada sənin Azərbaycana gəlməyin bu gedişlə "bəbəş" Nənəcanova "papa" deyəndə olacaq. Binəqədi rayon Polis İdarəsinin əməliyyat-axtarış şöbəsinin rəisi sənin - cinayətkarın yaxalanması üçün axtarışını davam edir. Sənədi də sənin üçün yerləşdirdim ki, arxayın yat!"

 

Qeyd edək ki, Xalq artistinin Afət haqqında xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edilir.

BAKU.WS


OXŞAR XƏBƏRLƏR

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...