Daha bir məşhur cütlük ayrıldı: “Münasibətimizdə hüzur yoxdur”

Türkiyəli məşhur cütlük Nesrin Cavadzadə və həmkarı Gökhan Alkanın ayrılıq səbəbi məlum olub.
Sfera.az bildirir ki, keçən il sadə mərasimlə nişanlanan cütlüyün bu il evlənəcəyi xəbəri yayılsa da, xoşbəxtlikləri uzun çəkməyib.
İkili münasibətlərinə son qoymaq qərarına gəlib. İlk addım isə Alkandan gəlib və o, keçmiş sevgilisini sosial mediada izləməyi dayandırıb. Nesrin Cavadzadənin də Gökhan Alkanla olan fotolarını sosial mediadan silib keçmiş sevgilisini izləməməsi daha bir münasibətin sona çatdığını ortaya çıxarıb. Cütlüyün fərqli düşüncə tərzinə görə ayrıldığı iddia edilib.
Son vaxtlar həyata baxışlarına görə tez-tez mübahisə edən Cavadzadə ilə Alkanın yaxın ətraflarına “Münasibətimizdə hüzur yoxdur” deyərək sevgilərinə son qoyduqları deyilib.
Türkan