Ukraynada 5 azərbaycanlı iş adamı oğurlanıb

Ukraynada 5 azərbaycanlı iş adamı oğurlanıb
Ukraynada daha 5 azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən qaçırılaraq girov götürülüb. Sonradan iki nəfər pul müqabilində buraxılıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, girovluqda qalan iş adamları qurumun Kiyevdəki fəalları Sakit Hacıyev, Elvar İsgəndərov və Dnepropetrovskdə yaşayan diaspor fəalı, iş adamı Vitali Şirinovdur.

 

Ukraynada yaşayan azərbaycanlıların narahatlığı nəzərə alınaraq BUAK Kiyevdə təcili toplantı keçirib. Tədbirdə son 2 ildə Ukraynada azərbaycanlıların mütəmadi oğurlanması, qətli və obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurduğu vurğulanıb. Qeyd olunub ki, son vaxtlar ölkənin müxtəlif şəhərlərində 12 azərbaycanlı iş adamına məxsus böyük restoranlar hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirməyi qərara alıblar. Sentyabrın 14-də saat 12-dən 13-dək keçiriləcək aksiyada Ukraynanın əksər şəhərlərdən azərbaycanlıların iştirak edəcəyi gözlənilir.

 

Tədbirdə Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov bildirib ki, artıq son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlının oğurlanması, qətli və azərbaycanlı iş adamlarının obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurur. O, 2014-cü ilin may ayında Konqresin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevə qarşı sui-qəsdi, Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin öldürülməsini və digər mətbuata məlum baş verən cinayətləri sadalayaraq yeni faktları açıqlayıb: "Kiyevdə iş adamı Xıdır Məmmədov evinə gedərkən naməlum şəxslər tərəfindən oğurlanaraq müqabilində pul alınmaqla buraxılıb. Xersonda Ələkbərov Təbriz adlı azərbaycanlı iş adamı oğurlanaraq eyni qaydada buraxılıb. Ukraynadakı diaspor fəallarına qarşı təhdidlər var. Diaspor hərəkatına maliyyə dəstəyi verən soydaşlarımız hədəfə götürülüb. Son 2 ildə Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə bir-birinin ardınca azərbaycanlı iş adamlarına məxsus 12 restoran yandırılıb. Ukraynanın əksər şəhərlərində azərbaycanlı iş adamlarına qarşı inzibati qaydada əsassız təzyiqlər edilir. Buna görə Azərbaycan diasporuna maddi dəstək verən soydaşlarımızın əksəriyyəti müflis olub”.

 

A. Gülməmmədov həmçinin qeyd edib ki, Ukraynanın sərhəd-keçid məntəqələrində azərbaycanlılardan əsassız viza tələb olunması halları var.

 

Tədbirdə Ukraynanın xalq artisti Qurban Abbasov, fəallar və digərləri çıxış ediblər. Soydaşlarımız Azərbaycanın Kiyevdəki səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayevin biganə münasibətindən gileyləniblər. Məsələ ilə bağlı A. Mustafayevdən münasibət öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb.

 
Fotoları təqdim edirik:
 



OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...