Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşdi

Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşdi

Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və Sübhan Quliyevin səhhətində problem yaranıb.

 

Sfera.az xəbər verir ki, bu barədə M.Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.

 

O bildirib ki, hər iki şəxsin səhhəti Kiyevdə saxlanıldıqları istintaq təcridxanasında gün ərzində pisləşib və onlara təcili tibbi yardım çağırılıb: "Misir Qasımlı və Sübhan Quliyev həkim nəzarətinə götürülüb".

 

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb./Report


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...