Bakıda istixana YANDI

Hadisə
20:26 / 11.09.2022
20767
Bakı şəhərinin Sabunçu rayonunda istixana (hazırda fəaliyyət göstərmir) ərazisində 0,2 ha sahədə quru ot, ümumi sahəsi 200 m² olan istixananın üzərinə və dam örtüyünə çəkilən 2 ədəd şüşə-pambıq üzlük 120 m² sahədə yanıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İstixananın qalan hissəsi və digər istixanalar yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.