“Doğmamı itirdim, içim sındı“ - Faiq Ağayev 

“Doğmamı itirdim, içim sındı“ - Faiq Ağayev 

"Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi". 

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “O üz” verilişində mərhum Xalq artisti Yaşar Nuri haqda danışarkən deyib. Sənətçi aktyorun bəzi danışıqlarının ona atasını xatırlatdığını bildirib:   

 

Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu var idi. Məni həmişə soyadımla çağırardı. "Ağayev, televizoru, radionu yandırıram elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram". Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi. Karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün. Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi. Ailəsiylə əlaqə saxlayırıq. Doğmamı itirdim, içim sındı. Ustad, əminəm ki, yerin rahatdır. Allahın sevimli bəndələrindən biri idin. Görüşənədək ustad, gəlib əlindən öpəcəm".


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...