Qubada avtomobil aşdı - ölənlər var

Hadisə
10:06 / 11.09.2022
12201
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.